Müqavilə əsasında "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasına məxsus olan Amid Alxasov vəfat edib.
Paytaxt klubundan "Report"a verilən məlumata görə, son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasına keçirən futbolçu dünyasını dəyişib.
Gənc oyunçunun çayda boğularaq faciəvi şəkildə öldüyü bildirilir.