Türkiyə xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Görüş zamanı Kreml rəhbəri Türkiyənin BRİKS-ə maraq göstərməsini alqışladığını bildirib və bu yöndə Ankaraya dəstəyini göstərəcəyini ifadə edib. Qeyd edək ki, Türkiyə XİN rəhbəri Rusiyada səfərdədir.