AZ

Bu QALA bizim QALA... - Fotolar

Bu gün Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günlərinin Qala konserti keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, “Özbəkistan” Forumlar Sarayında keçirilən konsertdə Üzeyir Hacıbəyli, Emin Sabitoğlu, Tofiq Quliyev, Rauf Hacıyev, Ələkbər Tağıyev, Faiq Sücəddinov kimi dahi bəstəkarların musiqilərinə müraciət olunub, eləcə də xalq rəqsləri nümayiş etdirilib.

Bundan başqa, tamaşaçıları Xalq artistləri Mənsum İbrahimov, Gülyanaq Məmmədova, Zülfiyyə Xanbabayeva,  Azər Zeynalov, Yusif Eyvazov, eləcə də, hər iki ölkənin bu fəxri adını daşıyan Nəsibə Abdullayeva öz ifaları ilə salamlayıb.

Hər iki ölkənin mədəniyyət nazirləri Adil Kərimli və Ozodbek Nazarbekovun da izlədiyi qala konsertində özbək mahnı və rəqslərinə də yer verilib.

Maraqlıdır ki, Nəsibə Abdullayeva öz səhnə sırasında Faiq Sücəddinovdan “Qarabağ”, eyni zamanda Özbəkistanın da Xalq artisti olan Gülyanaq Məmmədova isə “Uluğumsan Vətənim” özbək mahnısını oxuyub.

Ümumilikdə Qala konsertdə 21 səhnə nümunəsi yer alıb. Aşıq Əli və həmkarı Samirə də özünəməxsus ifası ilə tamaşıçıları coşdurub. Olduqca maraqlı keçən konsertin sonunda bütün ifaçılar birlikdə Rauf Hacıyevin “Azərbaycan” mahnısını ifa edərək gecəyə yekun vurublar.

Emin Səfərov, Daşkənd
















Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
qafqazinfo.az

1Mənbələr