AZ

Putin tezliklə Ərdoğanla görüşəcək

Rusiya lideri Vladimir Putin yaxın həftələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə bildirib.

“Ümid edirəm ki, yaxın gələcəkdə nunla görüşmək və cari məsələləri müzakirə etmək imkanımız olacaq”, – Putin qeyd edib.

Putin Ərdoğanın iyulun əvvəlində Astanada keçiriləcək beynəlxalq tədbirə qatılacağını açıqlayıb. Orada iki liderin görüşü baş tutacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da öz növbəsində prezident Ərdoğanın salamlarını Putinə çatdırıb .

“Cənab prezident Rəcəb Tayyib Ərdoğan sizə salamlarını çatdırır”, – deyə Fidan vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
busaat.az

10Mənbələr