AZ

Balakəndə su mənbələrinə gedən yolda hərəkət bərpa olunub

Balakəndə

Balakən, 11 iyun, AZƏRTAC

Son günlərdə Balakənin dağlıq ərazilərinə yağan leysan nəticəsində su mənbələrinə gedən yolda uçqunlar əmələ gəlmişdi.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları - Rayon Suvarma Sistemləri və Su-kanal idarələrinin, eləcə də Balakən Rayon Fövqəladə Hallar Komissiyasının birgə səyi ilə dağ yolundakı uçqunlar qısa zamanda aradan qaldırılıb.

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladovun verdiyi məlumata əsasən Siltik çay su mənbəyinə gedən, uzunluğu 8 km olan yolun bir neçə hissəsində əmələ gələn uçqunlar maşın və texnikanın köməyi ilə bərpa olunaraq problem aradan qaldırılıb. Eyni zamanda yol boyu yıxılan ağac və kötük qırıntıları da təmizlənərək hərəkət təmin edilib.

Yolun uçqunlardan, aşmış ağaclardan təmizlənməsi ilə yanaşı su qəbuledicilərin lil və çınqıldan, gətirmələrdən təmizlənməsi prosesi icra edilib. Nəticədə içməli su təminatının bərpası işləri qısa müddətdə başa çatıb və Balakən şəhərinə içməli suyun verilməsi təmin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
4
azertag.az

5Mənbələr