AZ

Aparıcının gülüşünü tənqid etdi

“Çox təəssüf ki, bəzi aparıcılar birbaşa efirdə öyrənirlər, hansısa mütəxəssisin yanında yox. Efirə bildikləri ilə çıxıb, sonra öyrənirlər. Ondan əvvəl bazaları olmur”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə “İncə səhər” verilişində deyib.  O, ad çəkmədən bəzi aparıcıları tənqid edib:

“Hamıya şamil etmirəm. Səhər verilişlərinə nəzər salırdım. Kanalların birində yayımlanan proqramı 15-20 dəqiqə izlədim. Özümü zorla salxadım ki, bunu dinləyim. Söhbət nə mənə, nə də tamaşaçıya nəsə verir. Məəttəl qalıram ki, necə özündən əmin olmaq oalr? Bu dediyim, gülüşüm... Aparıcı qız güldü. Allah atama rəhmət etsin. Düşündüm ki, atamın yanında belə gülə bilərəm? Özüm-özümə sual verərəm. Sonra dedim yox. Atam zalım deyildi. Əksinə müəllim idi, hər şeyi başa düşən idi. Bu, efirdir. Efirdə özümüzü istdəyimiz kimi aparıb, istədiyimiz kimi danışa bilmərik. Siz aparıcıların işi çətindir. Çünki Azərbaycanda veriliş aparmaq çətindir. Kanallar çoxdur, insanlar azdır. Həmişə eyni adamları dəvət etmək olmur, müxtəlif simalar lazımdır. İstər-istəməz onlarla söhbət də başqa səviyyədə olur. Düşünürəm ki, problem buradadır. Amma bu gün baxdığım verilişdə səhv konkret aparıcının özündə idi. Qonaqlar heç, onlar ümumiyyətlə efirə yarayan insanlar deyildi. Rafiq Hüseynov həmişə bizə bir şey deyirdi. Bəzən qonaq xoşumuza gəlmirdi. O, məsləhət görürdü ki, heç vaxt heç kimin səviyyəsinə düşməyin. Öz səviyyənizi saxlayın. Çünki hərə özünü göstərir. Sən özlüyündə qal, o özünü göstərəcək, sən də özünü”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
6
olay.az

7Mənbələr