AZ

Bayden oğlu ilə bağlı istənilən məhkəmə qərarını qəbul edəcəyini bildirib

ABŞ prezidenti Co Bayden oğlu Hanter barəsində məhkəmənin istənilən qərarını qəbul edəcəyini və ona hörmətlə yanaşacağını bəyan edib.

525.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Bayden Andlılar məhkəməsinin hökmü barədə danışarkən deyib.

“Keçən həftə dediyim kimi, mən prezidentəm, həm də atayam. Cill və mən oğlumuzu sevirik və bu gün onun necə insan olması ilə qürur duyuruq”.

Qeyd edək ki, iyunun 11-də Andlılar məhkəməsi silah ittihamı üzrə Hanter barədə hökm çıxarıb. İttihama görə, kiçik Bayden narkotik vasitələrdən istifadə edib, bu da onu odlu silah almaq hüququndan məhrum edib. O, 2018-ci ilin oktyabrında fırıldaq yolu ilə silahı alıb və ona sahib olduğu iddia edilib.

Məhkəmənin Hanter Baydenə andlıların hökmündən 120 gün sonra, yəni oktyabrın ortalarında hökm çıxaracağı gözlənilir.

Günahı sübuta yetirilərsə, onu 25 ilədək həbs cəzası və 750 min dollar məbləğində cərimə gözləyir.

Pərvanə























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
525.az

1Mənbələr