AZ

Məktəbdə şagirdin döyüldüyü görüntülərlə ilə bağlı direktor DANIŞDIVİDEO

Binada baş verən bədbəxt hadisədən sonra 3 aydır ki, lift işləmir.

Xezerxeber.az xəbər verir ki, söhbət Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsini 5035 ünvanında yerləşən binadan gedir. Sakinlərin sözlərinə görə, 9 mərtəbəli binanın lift problemi aylardır həll edilmir. Yaranan vəziyyət görə vətəndaşlar çətinlik çəkir.

Sakinlər bildiriblər ki, lifti əvvəllər  öz hesablarına təmir ediblər. Baş verən hadisədən sonra isə qurumlar vətəndaşların liftə müdaxilə etməsinə icazə vermirlər.

Məsələ ilə bağlı Binqədi rayonu İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki bütün lazımı tədbirlər görülüb. Hazırda iş Fövqəladə Hallar Nazirliyindədir.

Nazirlikdən isə "Xəzər Xəbər"ə bildirildi ki məsələ ilə bağlı araşdırma aparılaraq cavab veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
xezerxeber.az

1Mənbələr