AZ

Portuqaliyada AP seçkilərində Sosialist Partiyası qalib gəlib

Avropa Parlamenti (AP) seçkilərinin Portuqaliya mərhələsində ana müxalifət olan Sosialist Partiyası (PS) qalib gəlib.

525.az xəbər verir ki, Portuqaliya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi nəticələrə görə, PS 32,4 faiz, Demokratik Alyans (AD) 31,95 faiz, ifrat sağçı Çeqa 9,89 faiz və Liberal Təşəbbüs (IL) 8,51 faizlə AP-ə millət vəkili göndərib.

Belə ki, AP seçkiləri PS-nin qısa müddətdə yenidən yüksəlişdə olduğunu göstərib. Digər tərəfdən, ölkədə AP seçkilərində iştirak 38 faiz səviyyəsində qalıb.

Qeyd edək ki, Portuqaliyada AP seçkilərində iştirak 2014-cü ildə 30 faiz, 2019-cu ildə isə 36 faiz təşkil edib.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
525.az

1Mənbələr