AZ

Uyğurlara görə ABŞ-ın sanksiya siyahısına saldığı Çin şirkətlərinin sayı 68 oldu

ABŞ hökuməti Sincan-Uyğur Muxtar Bölgəsində (SUMR) insan hüquqlarının müdafiəsi məqsədilə Çindən daha 3 şirkətin istehsal etdiyi məhsulların idxalına qadağa qoyub.

Musavat.com ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, qara siyahıya Dongguan Oasis Shoes Co., Ltd, Shandong Meijia Group Co., Ltd. və Xinjiang Shenhuo Coal and Electricity Co Ltd. şirkətləri salınıb.

Onlar müvafiq olaraq ayaqqabı istehsalı, dəniz məhsulları emalı və alüminium istehsalı ilə məşğuldurlar. Nazirlik bildirir ki, Dongguan Oasis Shoes Co., Ltd. Çinin cənubundakı Quanqdonq əyalətində yerləşir. Bu üç şirkətin məhsullarının 12 iyun 2024-cü il tarixindən etibarən ABŞ-a idxalı qadağandır.

Ümumilikdə bu qara siyahıya 68 Çin firması daxildir. Rəsmi məlumata görə, belə bir qadağanın tətbiq olunduğu 2022-ci ilin iyunundan bu yana ABŞ gömrük orqanları Çindən ümumi dəyəri 3,3 milyard dollardan çox olan 8,5 mindən çox yükə baxış keçirib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
musavat.com

1Mənbələr