AZ

Arif Əsədov qələbəni belə şərh etdi

style='margin-bottom:10px;'>

"İstərdim  ki, futbolçuları təbrik edim. Xarakter göstərdilər. Biz çəkinirdik ki, mövsümün sonudur, yorğunluq var. Amma komandamız xarakter göstərdi".

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçi əvəzləyivisi Arif Əsədov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan sonra deyib.

O, 3:2 hesablı əzmkar qələbəni belə şərh edib: "Əvvəldən demişdim ki, rəqibin ən təhlükəli məqamı standart vəziyyətlərdir. Qorxduğumuz da başımıza gəldi. Yenə də komandamız əzmkarlıq göstərdiyini deyə bilərəm".

A.Əsədov meydanda komanda ruhunu gördüyünü deyib: "Bu iki oyunda müsbət məqamlar çox oldu. Meydanda komanda ruhunu gördüm. Gələcəyə ümidlə baxmaq olar. Hər iki oyunda erkən qolları standart vəziyyətlərdən buraxdıq. Biz oyundan əvvəl də oxuyurduq ki, komandaya inam var". 

Azərbayca millisində 4 ildir köməkçi məşqçi işləyən mütəxəssis ona olan etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib: "Mən çalışıram ki, öz işimi görüm. Millidə nəyisə öz işimlə göstərmək istəyirəm. 4 ildir millidəyəm. Klublarda köməkçi məşqçi kimi bu qədər çalışmaram. Həmişə istəyirdim ki, mənə güvəndikləri üçün özümü göstərim, etimadı doğruldum".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
teleqraf.com

2Mənbələr