AZ

Dizaynerlər üçün Philips 27E2F7900 adlı monitor təqdim edilib - QİYMƏTİ

     Philips şirkəti dizaynerlər üçün nəzərdə tutulmuş monitorunu təqdim edib. Sözügedən yeni monitor Philips 27E2F7900 adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 27 düym ölçülü LGD Nano IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 3 millisaniyə təşkil edir. Ekran Adobe RGB rəng diapazonunun 110%-ni, sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 98%-ni əhatə edir.     Sözügedən monitorun ekranı yüksək təsvir detalizasiyasını və axıcı iş prosesini təmin edir. Monitorun konstruksiyası ondan müxtəlif vəziyyətlərdə istifadə etməyə imkan verir. Philips 27E2F7900 özündə HDMI 2.0, DisplayPort 1.4, USB-C, USB Type-B və USB 3.2 Gen 1 Type-A girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Philips 27E2F7900 artıq Çində satışa çıxıb və onun qiyməti 378$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
technote.az

1Mənbələr