AZ

Məhkəmə Baydenin oğlunu təqsirli bildi

Məhkəmə prezidentin oğlunu 3 ayrı cinayət faktı törətməkdə təqsirli bilib.

Teleqraf.com xəbər verir ki, söhbət ABŞ-ın hazırkı prezidenti Co Baydenin oğlu Hunter Baydendən gedir.

Delaver ştat məhkəməsi jüri seçimi ilə başlayan məhkəmə prosesi başa çatıb.

Hunter Bayden 2018-ci ildə narkotik aludəçisi olduğu müddətdə qanunsuz olaraq odlu silah əldə etməkdə, saxlamaqda, narkotikdən istifadəyə dair yalan ifadələr verməkdə ittiham olunur.

Baydenlə bağlı iddiaları araşdırmaq üçün Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş xüsusi prokuror David Veiss ötən il ittihamlarla çıxış edib. H. Bayden ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu hakim qarşısına çıxıb.

Siyasi müşahidəçilər Hunter Baydenin mühakiməsinin və onun təqsirli bilinəcəyi təqdirdə, bu vəziyyətin noyabrın 5-də keçiriləcək prezident seçkilərinə təsirsiz ötüşməyəcəyini bildirirlər.


Müəllif: Arzu
Seçilən
143
teleqraf.com

1Mənbələr