AZ

Şengen vizası ruslar üçün bahalaşıb – Yeni qiymət

Rusiya və bir sıra digər ölkələrin vətəndaşları üçün iyunun 11-dən Şengen vizası almaq üçün viza rüsumu 80 avrodan 90 avroya yüksəlib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq qərar daha əvvəl Avropa Komissiyası tərəfindən 2020-2023-cü illərdə inflyasiya nəzərə alınmaqla qəbul edilib.

AK-nin məlumatına görə, 12 yaşdan kiçik uşaqlar üçün viza rüsumu 40 avrodan 45 avroya yüksəlib.

Bir müddət əvvəl analitiklər Şengen xərclərinin böyüklər üçün 90 avroya, altı yaşdan 12 yaşa qədər olan uşaqlar üçün isə 45 avroya qədər artırılacağını açıqlamışdılar. Ekspertlərin fikrincə, vizanın qiymətinin qalxması rusların Avropaya səyahət marağına heç bir şəkildə təsir etməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
nocomment.az

1Mənbələr