AZ

“Sumqayıt”ın Müşahidə Şurasının iclası keçirilib

“Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.

Futbolinfo.az “gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azərikimya” İstehsalat Birliyinin inzibati binasında baş tutan iclasın gündəliyində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün yekunu ilə bağlı hesabat və 2024/2025 mövsümü ilə bağlı planlar müzakirə olunub.

İclasda “Azərikimya” İstehsalat Birliyinin baş direktoru Elnur Məmmədli, “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev və digər rəsmi şəxslər iştirak edib.

Hesabatda komandanın mövsümü uğurlu başa vurması, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşması, həmçinin Konfrans Liqasına vəsiqə əldə etməsi, bununla yanaşı klub akademiyasının və qızlardan ibarət komandanın çıxışı qeyd edilib. Klub prezidentinin çıxışından sonra iclas iştirakçıları söz alaraq öz fikirlərini bildiriblər.

Yekdil rəyə əsasən, klubun mövsüm ərzindəki çıxışı uğurlu hesab edilib və bununla bağlı rəhbərliyə və məşqçi heyətinə təşəkkür ifadə edilib. Daha sonra növbəti mövsümün planları ilə bağlı müzakirələr olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
futbolinfo.az

10Mənbələr