AZ

ADRA-da şəffaflığın təmin edilməsi məqsədilə təlimlər keçirilir

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin (ADRA) bir qrup əməkdaşına “Korrupsiyaya qarşı mübarizə” və “Etik davranış qaydaları” mövzularında təlimlər keçirilib. Maarifləndirmə məqsədilə keçirilən tədbirlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi üzrə icrasına dair 2024-cü il üçün iş planı çərçivəsində baş tutub. Təlimləri Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev və ESCOFT layihəsinin eksperti Rəna Səfərəliyeva aparıblar. Məqsəd dövlət orqanlarına etimadın möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, şəffaflığın və səmərəliliyin təmin edilməsidir.Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı keçirilən təlimlərdə Agentlik işçilərində antikorrupsiya davranış modelinin formalaşması ilə bağlı işlərin gücləndirilməsindən bəhs edilib, sahəvi korrupsiya riskləri nəzərə alınmaqla həyata keçirilməli olan tədbirlərdən danışılıb. Budəfəki təlimlərdə Agentliyin Aparatı və Bakı Şəhəri Reklam İdarəsinin ümumilikdə 122 əməkdaşı iştirak edib. Bu mövzuda növbəti təlimlər regional reklam idarələrinin 78 əməkdaşı üçün onlayn təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
baku.news

1Mənbələr