AZ

Azərbaycan millisi Qazaxıstan üzərində əzmkar qələbəyə sevindi

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanın Sombatxey şəhərində Qazaxıstan yığma komandası ilə yoldaşlıq oyunu keçirib.

Arena.az xəbər verir ki, bu, yığmamızın 2024-cü ildəki 4-cü sınağı idi.

Millimiz bir neçə gün öncə bu məkanda Albaniya yığması ilə də qarşılaşmışdı. Lakin qarşıdakı Avropa çempionatının (AÇ-2024) iştirakçısı ilə oyun azərbaycanlı futbolçular üçün uğursuz alınmışdı – 1:3. Yığmamız həmin uğursuzluğu qazaxlarla görüşdə unutmağa çalışıb.

Qazaxlarla görüş həm də Arif Əsədovun rəhbərliyi altında 4-cü sınaq idi. Monqolustan üzərində 1:0 hesablı qələbə ilə debüt edən mütəxəssis Bolqarıstanla dueldə sülhə şahid olmuşdu – 1:1. Əsədovlu yığmamız yalnız albanlarla görüşdə məğlubiyyət acısı yaşasa da, hər qarşılaşmada qol vurması ilə diqqət çəkirdi.

Macarıstanın Sombatxey şəhərindəki “Haladas Sport Komplexum” stadionunda keçirilən oyunu Macarıstandan olan hakimlər briqadası idarə edib. Oyuna o qədər də yaxşı başlamayan Azərbaycan millisi ilk yarım saatda 2 qol buraxıb. Amma qalan dəqiqələrdə ardıcıl 3 qol vuran futbolçularımız yekunda əzmkar qələbəyə seviniblər.

Yoxlama oyunu
11 iyun

Azərbaycan – Qazaxıstan 3:2
Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51-pen. Toral Bayramov, 73 – Yan Voroqovski, 2. Maksim Samorodov, 28.
Baş hakim: Bence Csonka.
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai.
Dördüncü hakim: Reka Molnar.
Sombatxey. “Haladas SportKomplexum” stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 3. Elvin Cəfərquliyev (18. Ceyhun Nuriyev, 60), 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k) (6. Emil Mustafayev, 84), 10. Mahir Emreli (22. Musa Qurbanblı, 56), 11. Ramil Şeydayev (21. Qismət Alıyev, 77), 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 17. Toral Bayramov (14. Elvin Bədəlov, 90+2), 20. Aleksey İsayev (19. Emil Səfərov, 77)
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Rəşad Əzizov, 4. Bəhlul Mustafazadə, 7. Coşqun Diniyev, 9. Vüsal İsgəndərli.
Məşqçi: Arif Əsədov.

Qazaxıstan: 1. Aleksandr Zarutski (k) (15. Danil Ustimenko, 46), 3. Nurali Alip, 4. Marat Bıstrov (20. Mixail Qabişev, 46), 7. Ramazan Orazov (14. Arman Kenessov, 77), 8. Askat Taqirbergen, 10. Maksim Samorodov, 11. Yan Voroqovski (13. Roman Asrankulov, 64), 17. Abat Aymbetov (9. Baurjan İslamxan, 58), 18. Adilet Sadibekov (5. İslambek Kuat, 46), 22. Aleksandr Maroçkin, 24. Alibek Kassum.
Ehtiyat oyunçular: 12. İqor Şatski, 2. Sergey Maliy, 6. Aibol Abiken, 16. Yerkin Tapalov, 19. Ruslan Valiullin, 21. Elxan Astanov, 23. Temirlan Yerlanov, 25. Ramazan Karimov.
Məşqçi: Ruslan Baltiyev.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
arena.az

1Mənbələr