AZ

U-21 Bolqarıstanı qəbul edir - YENİLƏNİR

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirəcək. U-21 Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq. “Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, U-21 Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq.

“Liv Bona Dea Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, millimiz iyunun 7-də Senec Məşq Mərkəzində keçirilən yoldaşlıq oyununda Slovakiya yığmasına 2:3 hesabı ilə məğlub olub.

Yoldaşlıq görüşü
11 iyun

20:00. Azərbaycan – Bolqarıstan - 0:0 (Birinci hissə)

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əli Əliyev
“Liv Bona Dea Arena”

Azərbaycan: 22.Amin Ramazanov (Q), 4.Cəlal Hüseynov, 21.İbrahim Ramazanov, 5.Mahir Həsənov, 2.Abdulla Rzayev, 14.Rüfət Abbasov, 8.Fərid Tusifli (K), 7.Xəyal Əliyev, 23.Ramin Nəsirli, 9.Nəriman Axundzadə, 18.Ağadadaş Salyanski.
Ehtiyat oyunçular: 12.Yusif İmanov (Q), 1.Xəyal Fərzullayev, 15.Süleyman Damadayev, 24.Seymur Məmmədov, 20.Rüfət Əhmədov, 25.Eşqin Əhmədov, 13.Qurban Səfərov, 3.Mirəli Əhmədov, 19.Şahin Şahniyarov, 16.Elcan Əbilov, 11.Samir Məhərrəmli, 10.Samir Abdullayev, 6.Zeynəddin Əbdürrəhmanov, 17.Murad Vəliyev.

Bolqarıstan: 1.Aleks Bizhev (Q), 2.Zahari Atanasov, 3.Rosen Bozhinov, 14.Teodor İvanov, 15.Simeon Vasilev, 22.Asen Mitkov (K), 7.Roberto Raychev, 8.Antoan Stoyanov, 11.Borislav Marinov, 10.Nikola İliev, 16.Daniel Hvoynev.
Ehtiyat oyunçular: 12.Velizar İliev, 13.Berk Beyhan, 4.Dimitar Papazov, 5.Todor Pavlov, 9.Yoan Bornosuzov, 17.Georgi Chorbadzyiski, 18.Trung Do, 19.Nikolas Penev, 20.Zlatev Nikolay, 21.Bojidar Tomovski, 6.Martin Georgiyev.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
sia.az

1Mənbələr