AZ

BMT Ukrayna üzrə sammitə öz nümayəndəsini göndərəcək

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, Birləşmiş Millətlər Təşkilatı İsveçrədə Ukrayna üzrə yüksək səviyyəli konfransda təmsil olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni zamanda, Düjarrik qeyd edib ki, BMT hələlik tədbirə gedəcək şəxsin adını açıqlamağa hazır deyil.

Onun kim olacağı təsdiqlənən kimi sizə məlumat verəcəyik”, – o vurğulayıb.

Yalnız dünya təşkilatının rəhbəri Antonio Quterreşin sammitə getməyəcəyi məlumdur.

Ukrayna üzrə konfransın iyunun 15-16-da İsveçrənin Bürgenstok kurort şəhərində keçirilməsi planlaşdırılır. Bu ölkənin Xarici İşlər Nazirliyi bundan əvvəl Yeddilik, İyirmilik Qrupu və BRİKS ölkələri də daxil olmaqla 160-dan çox nümayəndə heyətinə dəvət elan edib. Lakin Rusiya bu tədbirə dəvət olunmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
nocomment.az

1Mənbələr