AZ

Gürcüstanın Baş naziri: Avropa Parlamentinə seçkilər demokratik böhranı üzə çıxarıb

"Avropa Parlamentinə keçirilən son seçkilər Avropa İttifaqında (Aİ) demokratik böhranın olduğunu göstərdi".

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

"Seçkilərdən sonra müəyyən dəyişikliklər olacaq, baxmayaraq ki, mahiyyətcə hadisələr əvvəlki kimi inkişaf etməyə davam edəcək. Bu, bir növ demokratik böhrandır. Mən əminəm ki, Avropa bu böhrandan orta müddətli perspektivdə qalib gələcək", - Kobaxidze Berlində keçirilən Ukraynanın bərpası üzrə konfrans zamanı jurnalistlərə deyib.

Kobaxidze qeyd edib ki, belə bir böhrandan çıxmaq və siyasi prosesləri təkmilləşdirmək bütün ölkələrin maraqlarına cavab verir və Gürcüstan Aİ-də gedən prosesləri xüsusilə diqqətlə izləyir, çünki Avropa İttifaqına inteqrasiya ölkənin əsas prioriteti olaraq qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
1
operativmedia.az

2Mənbələr