AZ

Zəngəzur dəhlizi ilə bağlı ermənilərin təzə planı var- kim nəzarət edəcək...

Image

Elşən Həsənov: “Söhbət “Frontex” kimi tanınan təşkilatdan – Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir”

Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə deyib ki, bütün yolları və mümkün kommunikasiyaları açmağa hazırdırlar: 

“Bu da Azərbaycan üçün faydalıdır. Əgər nə vaxtsa imkan yaranarsa və ya iki ölkə arasında kommunikasiyaya nəzarətin başqa təşkilata verilməsi variantına qayıtmaq təklifi olarsa, o zaman bu məsələ müzakirə oluna bilər. Amma düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər”.

Regional ölkənin mümkünsüzlüyü deyəndə Rusiyanı nəzərdə tutur. Bu, aydındır. Bəs, “nəzarət başqa bir təşkilata verilərsə” deyəndə hansı təşkilatı nəzərdə tutur? Rusiya və ya İran imkan verərmi ki, həmin dəhlizə hansısa təşkilat nəzarət etsin? Simonyan NATO və ya Avropa Birliyini nəzərdə tuta bilərmi?

Təhlükəsizlik məsələri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında biıdirdi ki, bu, Ermənistanın götürdüyü öhdəliklərdən yayınmasının növbəti cəhdidir: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına dair sənədə imza atıb. Həmin sənəddə deyilir ki, dəhlizə nəzarəti Rusiya FTX-sı edəcək. Ancaq biz görürük ki, bu ölkə müxtəlif bəhanələrlə dəhlizin açılmasını əngəlləyir. Ermənistan rəsmisi açıq bəyan edir ki, nəzarət region ölkələrindən kiməsə deyil, hansısa quruma verilə bilər. Deməli, Rusiya nəzarətini istisna edir. Təşkilat deyəndə isə Avropa Birliyini nəzərdə tutur. Çünki öz sərhədinə də o adla missiya gətirib. Əslində isə onlar keçmiş hərbçilərdir. Təbiidir ki, Ermənistanın bu istəyi reallaşmayacaq. Çünki nə İran, nə Rusiya, nə də Azərbaycan dəhlizə nəzarətin AB-yə verilməsinə razılıq verər. Deməli, Ermənistan dəhlizə nəzarətin ya özündə qalmasını, ya da AB-yə verilməsini səsləndirməklə prosesdən yayınmaq yolunu tutmağa çalışır. Beynəlxalq analitiklər belə bir versiya da irəli sürürlər ki, söhbət “Frontex” kimi tanınan təşkilatdan – Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir.

“Frontex” 2004-cü ildə Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarə edilməsi üzrə Avropa Agentliyi kimi yaradılıb və ilk növbədə sərhəd nəzarəti səylərinin əlaqələndirilməsinə cavabdehdir. 2015-ci ildə qurum Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə çevrilib, 6 oktyabr 2016-cı ildə Bolqarıstanın Türkiyə ilə xarici sərhədində rəsmi olaraq fəaliyyətə başlayıb. Büdcəsi də 2015-ci ildə 143 milyon avro idisə, 2021-ci ildə artıq 543 milyon avroya yüksəlib. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10.000 nəfərə çatdırılması planlaşdırılır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
baki-xeber.com

1Mənbələr