AZ

iOS 18-də səsli zəngləri yazmaq və transkripsiya etmək imkanı olacaq

“Apple” şirkəti “iOS 18”də “Apple Intelligence” süni intellektindən istifadə edərək telefon danışıqlarını yazmaq və sonra onları transkripsiya etmək qabiliyyətini təqdim edib. 

Valyuta.az xəbər verir ki, bu barədə “The Verge” məlumat yayıb.

Qeyd olunur ki, funksiyaya başlamazdan əvvəl həmsöhbətə qeydin başlanması barədə bildiriş gələcək. Transkripsiya sistemi nəinki söhbətin tam mətnini təqdim edə, həm də söhbətdən ən vacib olanı vurğulayan xülasə təklif edərək əsas məqamları vurğulaya biləcək.

Transkripsiya xüsusiyyəti ingilis, ispan, alman və fransız dilləri daxil olmaqla məhdud dil dəstini dəstəkləyir. 

"Apple" "iOS 18"i iyunun 10-da keçirilən WWDC 2024 konfransı çərçivəsində təqdim edib. Əməliyyat sistemindəki əsas yenilik ChatGPT əsasında "Apple Intelligence AI" idi ki, o, şirkətin smartfonlarına indi tətbiqlərlə və digər funksiyalarla qarşılıqlı əlaqədə ola bilən “daha ​​müdrik” Siri səs köməkçisini əlavə edəcək.

Paşa Məmmədli

Seçilən
160
valyuta.az

1Mənbələr