AZ

“Ford” polis avtomobilinin üzərinə çıxdı:1-i polis olmaqla 2 yaralı - FOTO

Türkiyənin Adana şəhərində baş verən qəza nəticəsində pikap polis avtomobilinin üzərinə çıxıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Çukurova rayonunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Ford” markalı pikap, sürücünün idarəetməsindən çıxaraq hərəkətin əks istiqamətinə hərəkət edərək əvvəlcə bir başqa avtomobillə toqquşub, daha sonra isə park vəziyyətində olan yol polisinin xidməti avtomobilinin üzərinə çıxıb.

Nəticədə polis avtomobilində olan iki polisdən biri və “Ford”un sürücüsü yüngül xəsarətlər alıblar.

Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla müayyinə olunması üçün xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Kamyonet

Kazada

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
avtosfer.az

10Mənbələr