AZ

"Portuqaliyalı futbolçular AVRO-2024-də çempion ola biləcəklərindən əmindir"

Portuqaliya milli komandasının kapitanı Ronaldo Avropa çempionatında çempionluq üçün oynayacaqlarını bildirib.

Sportal.az xəbər UEFA-ya danışan təcrübəli hücumçu millinin hazırkı heyəti haqda da danışıb:

“Qəti şəkildə inanıram ki, komandamız Avropa çempionatı başlayandan portuqaliyalı azarkeşlərə böyük sevinc bəxş edəcək. Ən yaxşısı kubok qazanan nəsildir. Ümid edirəm ki, bu komanda çempion olacaq. Çünki inanılmaz istedadlı komandamız var. Belə böyük turnirdə qalib gəlmək üçün çox şey lazımdır. Bizə lazım olan hər şey var, amma uğura inanmağı dayandırmadan addım-addım, oyun-oyun məqsədimizə doğru irəliləyəcəyik. 2016-cı ildə qazanılan qələbə həm Portuqaliya, həm də dünya futbolu üçün tarixi idi. Portuqaliyalı futbolçular da AVRO-2024-də çempion ola biləcəklərindən əmindir".

Qeyd edək ki, Türkiyə Portuqaliya, Gürcüstan və Çexiya ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
sportal.az

1Mənbələr