AZ

Lisey nəşi tapılan hərbçi ilə bağlı məlumat yaydı 

Akademik Zərifə Əliyeva adına lisey Naxçıvanda nəşi tapılan hərbçimiz Ceyhun Hüseynovla bağlı məlumat yayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2016-cı ildə liseiy qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.

"O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb. Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb.  Xidmətin bitməsinə 20 gün qalmışdı.

 Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!", - açıqlamada bildirilir.

Qeyd edək ki, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilir.

Seçilən
111
1
bakivaxti.az

2Mənbələr