AZ

İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır

İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır.

 

Modern.az xəbər verir ki, İranın xarici ölkələrdəki bütün diplomatik nümayəndəliklərində 14-cü prezident seçkilərinə hazırlıq işləri eyni vaxtda aparılır.

 

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi bildirir ki, İran vətəndaşları Şərifzadə küçəsi, 269 ünvanında - İran səfirliyinin konsulluq binasında açılacaq seçki məntəqəsində səs verə bilərlər.

 

İran Konstitusiyasının Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

 

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;

Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;

Əlirza Zakani - Tehran meri;

Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;

Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;

Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
17
modern.az

10Mənbələr