AZ

“Intel” bu ölkədə 25 milyard dollarlıq zavodun tikintisini dayandırdı

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-ın “Intel” korporasiyası İsraildə 25 milyard dollar dəyərində yeni “Fab38” zavodunu tikmək planlarını təxirə salıb.

Banco.az xəbər verir ki, bu barədə İsrailin “Calcalist” maliyyə xəbərləri saytında yayımlanan hesabatda deyilir. 
Şirkət özü isə bu xəbərləri təsdiqləməyib və təkzib etməyib.

Məlumata görə, korporasiya avadanlığın tədarükü ilə bağlı bir neçə müqaviləni də ləğv edib.

Korporasiyanın rəsmi cavabında İsrailin hələ də şirkət üçün dünyanın əsas istehsal və tədqiqat mərkəzlərindən biri olduğu və hələ də bölgəyə tam sadiq qaldığı bildirilib.

Xatırladaq ki, 2023-cü ilin dekabrında İsrail hökuməti çip zavodunun tikintisi üçün “Intel”ə 3,2 milyard dollarlıq qrandın ayrılmasını təsdiqləmişdi. “Intel”, öz növbəsində bildirmişdir ki, bu zavod “Intel” şirkətin Avropa və ABŞ-dakı investisiyaları ilə yanaşı daha davamlı qlobal tədarük zənciri yaratmaq səylərinin vacib bir hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
banco.az

1Mənbələr