AZ

Dağıstanda sel aparan altı yaşlı qızın meyiti tapıldı

Dağıstanın Kijani kəndində yağışdan sonra baş verən selin apardığı altı yaşlı qız ölüb.
 
Bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə baş idarəsindən xəbər verilib.
 
Məlumata görə, xilasedicilər uşağın meyitini kənddən 6 kilometr aralıda aşkar ediblər.
 
17:40
 
Dağıstanın Botlix rayonunda qəfil gələn sel faciəyə səbəb olub. Belə ki, axın altı yaşlı qızı aparıb.
 
Bundan başqa içi adamla dolu olan avtomobil də sel sularında qalıb. Xoşbəxtlikdən onları xilas etmək mümkün olub.
 
Sosial şəbəkələrdə təbii fəlakətin görüntüləri ilə bağlı kadrlar yayılıb.
 
Həmin görüntüləri təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
moderator.az

1Mənbələr