AZ

İranda hər il 45 min insan buna görə ölür

Ölkədə ictimai nəqliyyat vasitələrinin və vətəndaşların avtomobillərinin əhəmiyyətli hissəsi köhnəlib. İndi küçələrdə yeddi milyon köhnəlmiş avtomobil var.

Axar.az xəbər verir ki, bu sözləri İran Ətraf Mühit Təşkilatının Milli Hava və İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri Daryuş Güləlizadə deyib.

O bildirib ki, ictimai nəqliyyat vasitələrinin 80 faizi köhnədir:

“Ölkədə hava çirkliliyinin yarısı həmin köhnə nəqliyyat vasitələri səbəbindən olur. Hazırda ölkənin 33 şəhərində havanın çirkliliyi təhlükəli səviyyəyə çatıb”.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayının məlumatına görə, İranda hər il 45 min nəfər hava çirkliliyi səbəbindən həyatını itirir. Rəsmi məlumatlarda isə bu rəqəmin 26 min nəfər civarında olduğu bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
axar.az

5Mənbələr