AZ

COP29 çərçivəsində parlamentlərarası dialoq mövzusunda onlayn iclas keçirilib

İyunun 11-də Parlamentlərarası İttifaq tərəfindən “COP29-a hazırlıq: iqlim dəyişikliyi üzrə parlamentlərarası dialoq” mövzusunda onlayn iclas təşkil olunub.

“İki sahil” xəbər verir ki, iclasda Milli Məclisin deputatı Soltan Məmmədov çıxış edib.

O, Azərbaycanın iqlim dəyişikliyi probleminin həllində və yaşıl enerjiyə keçiddə verdiyi töhfələri qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmiz bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşuna görə liderlər sırasındadır.

S.Məmmədov COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Toplantısının əhəmiyyətindən söz açıb, bu platformanın parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə mühüm imkanlar yaradacağına inamını ifadə edib. O, COP29-la bağlı məlumat verib, görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
9
ikisahil.az

10Mənbələr