AZ

Makron prezidentlikdən əl çəkməyəcəyini deyib...

...Fransa prezidenti Emmanuel Makron çərşənbə axşamı, iyunun 11-də istefa verməyəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, siyasətçi bir sıra KİV-lərin açıqlamalarına belə münasibət bildirib.

Deməli, “Le Figaro”-ya verdiyi şərhdə Makron əmin edib ki, növbədənkənar parlament seçkilərinin nəticəsi nə olursa olsun, prezidentlikdən vaxtından əvvəl imtina etməyəcək. ...“Europe 1” radiosu xəbər verir ki, Yelisey sarayı Makronun parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə öz ətrafı ilə istefaya getməsinin mümkünlüyünü müzakirə etməsi ilə bağlı xəbərləri də təkzib edib.

Bu təkzib Fransa mediasında sağçı qüvvələrin Milli Assambleyaya erkən seçkilərdə qalib gələcəyi təqdirdə Makronun vaxtından əvvəl dövlət başçısı vəzifəsindən istefa verməyi planlaşdırdığına dair nəşrlərdən sonra baş verib.

Fransız jurnalistlər qeyd ediblər ki, Fransa prezidenti vəziyyəti dramatikləşdirməyə meyllidir.

Fransanın ifrat sağçı Milli Ralli partiyasının rəhbəri Jordan Bardella, Makronun Renessans partiyasının Avropa Parlamenti seçkilərində məğlub olmasından sonra deyib ki, Fransa prezidentinə bu mesaj “ölkəmizin Avropa İttifaqının istiqamətini dəyişməsini görmək əzmini göstərir”.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
sia.az

1Mənbələr