AZ

Polşa yığması AÇ-2024 ərəfəsində zədə silsiləsi ilə üzləşdi

Polşa yığması 2024-cü il Avropa çempionatının başlanğıcı ərəfəsində komandanın düşərgəsində zədə silsiləsi ilə üzləşib.

Arena.az məlumat verir ki, bu barədə Polşa yığmasının mətbuat xidməti özünün rəsmi sosial şəbəkə hesabları üzrərindən məlumat yayıb.

Komandanın mərkəz müdafiəçisi Pavel Davidoviç, həmçinin mərkəz hücumçuları – Karol Sviderski və Robert Levandovski zədələbiblər.

“Pavel Davidoviç dördbaşlı bud əzələsinin dartılaması ilə üzləşib. Sviderskinin müayinəsi əhəmiyyətli zədələnmənin istisnası ilə ayaq biləyinin burxulduğunu göstərdi. Hər iki oyunçu müayinədən sonra üç-dörd gün ərzində tamam-kamal məşqə qayıtmalıdırlar.

Robert Levandovski budun ikibaşlı əzələsini yırtıb və bu, onu Avropa çempionatında ilk oyundan kənarlaşdırdı. Robertin Avstriya yığması ilə ikinci oyunda oynaması üçün əlimizdən gələni edirik”, – Polşa yığmasının mətbuat xidmətinin bəyanatında deyilir.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.

Yarışda Polşa yığması Niderland, Avstriya və Fransa yığmalarının yer aldığı “D” qrupunda mübarizə aparacaq.

Polşa yığması ilk oyununu iyunun 16-da Niderland yığmasına qarşı keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
arena.az

1Mənbələr