AZ

Lavrov Çin və Şimali Koreya ilə nüvə ittifaqı barədə şayiələrə cavab verib

...Rusiya Şimali Koreya və Çinlə nüvə arsenalına görə ittifaqa girməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS ölkələrinin xarici işlər nazirlərinin Nijni Novqorodda keçirilən görüşünün yekunları üzrə çıxışı zamanı deyib.
...Bizi yalnız o fakt birləşdirir ki, hər üç ölkə ABŞ və müttəfiqlərinin təcavüzkar siyasətinin hədəfi elan edilib.

Bunu deyən Lavrov, “...Moskva Qərb ölkələrinin indi etdiyi “nüvə kartına” qarşı çıxır. Onların davranışı yalnız qarşıdurmaya gətirib çıxarır”, -deyə əlavə edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-ı öz raketlərini Avropa və ya Asiya-Sakit Okean regionunda yerləşdirəcəkləri təqdirdə nüvə qarşısının alınması sahəsində addımlarla hədələyib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
sia.az

1Mənbələr