AZ

Sahibə Qafarova Natalya Koçanova vəİqor Sergeyenko ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasınarəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası RespublikaŞurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədriİqor Sergeyenko ilə görüşüb.

Parlamentdən Trend-ə verilənməlumata görə, əvvəlcə tərəflər arasında təkbətək görüşkeçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdədavam etdirilib.

Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayanRespublika Şurasının sədri Natalya Koçanova, Milli Məclis sədrininbu səfərinin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadəedib. O, qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələrdeyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə,dostluq və qardaşlıq prinsiplərinə söykənir.

Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz vəparlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindənrazılığını bildirərək, xalqlarımız arasında əlaqələrin dərin tarixiköklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərinbu möhkəm əsasa söykəndiyini söyləyib.

Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin hazırkiyüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasındayüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd olunaraq,vurğulanıb ki, ali və yüksək səviyyədə həyata keçirilən səfərlər vəimzalanan sənədlər əlaqələrin daha da dərinləşməsini təmin edib.Həmçinin qeyd olunub ki, son illərdə müxtəlif səviyyələrdə həyatakeçirilən qarşılıqlı səfərlərin sayının artması damünasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir.

Qeyd olunub ki, bu günədək Azərbaycan və Belarus arasındasiyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regionaləməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki,bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün fundamentaləsaslar yaradıblar. Tərəflər həmçinin əməkdaşlığın müxtəlifsahələrdə daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, buistiqamətlərdə mövcud imkanlarla bağlı fikirlərini ifadəediblər.

Söhbət zamanı, həmçinin əlaqələrimizin mühüm bir istiqamətiniəhatə edən beynəlxalq platformalarda əməkdaşlıq məsələlərininəhəmiyyəti də qeyd edilib və bildirilib ki, ölkələrimiz beynəlxalqtəşkilatlarda da uğurlu əməkdaşlıq təcrübəsinə malikdirlər. Bu günəqədər ölkələrimiz beynəlxalq platformalarda bir sıra məsələlərdəbir-birinə qarşılıqlı dəstək göstəriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan vəBelarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da,ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimadasöykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O,parlamentlərimiz arasında əlaqələrin də bu əsaslara söykəndiyiniqeyd edib.

Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm dəbeynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığındanməmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyətçərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsindəəməkdaşlığın da önəmini qeyd edib.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqındaAnlaşma Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədinqanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfəverdiyi bildirilib. Qeyd olunub ki, qarşılıqlı səfərlər, dostluqqruplarının sıx təmasları, parlament komitələri arasında müxtəlifistiqamətlərdə əməkdaşlığın yaradılması əlaqələrimizin daha dagenişləndirilməsinə töhfə verə bilər.

Spiker Sahibə Qafarova görüşdə Azərbaycanın 30 il işğaldanəziyyət çəkdiyini, 2020-ci ildə öz gücü hesabına əldə etdiyi qələbənəticəsində ərazi bütövlüyünü bərpa etdiyini, ötən il həyatakeçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsindəsuverenliyini təmin etdiyini diqqətə çatdırıb. Bildirilib ki, işğalzamanı bütün şəhər və rayonlarımız, infrastruktur, tarixi vəmədəniyyət abidələri, dini məbədlər tamamilə dağıdılıb, talanolunub. O, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəhəyata keçirilən və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarınaəsaslanan nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib.Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilənyenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlıəldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Söhbət zamanı həm humanitar əməkdaşlıq, həm də mədəniyyətsahəsində əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edilərək,vurğulanıb ki, bu da öz növbəsində iki xalqın bir-birinə daha dayaxınlaşmasında xüsusi rol oynayır. Bildirilib ki, xalqlarımızarasında dostluq əlaqələri mühüm əsaslara malikdir. Bu il Belarusunfaşist işğalçılarından azad edilməsinin 80-ci ildönümünün tamamolduğu, Belarus torpaqlarının azad edilməsində azərbaycanlıların daşücaət göstərdikləri qeyd olunaraq, Belarus xalqının bunu heç vaxtunutmadığı və yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Həmçinin,qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, şəhərlərimiz arasındaqardaşlıq haqqında müqavilələrin imzalanması kimi tədbirlərin önəmidiqqətə çatdırılıb.

Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və spiker SahibəQafarova qarşı tərəfi COP29 çərçivəsində Milli MəclisinParlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlamentkonfransında iştiraka dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
3
az.trend.az

10Mənbələr