Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını təqdim edib. Bu barədə TehsilForumu.Az - avARTİ-dən məlumat verilib. Qeyd olunub ki, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı 8 iyun 2024-cü ildə təşkil edilib. Bu imtahanda 6 464 müəllim iştirak edib. İmtahanın təfərrüatları: Müddət: 120 dəqiqəÜmumi sual sayı: 60 - Azərbaycan dili üzrə ixtisas suallarının sayı: 25 - Riyaziyyat üzrə ixtisas suallarının sayı: 25 - Tədris metodikası və təlim strategiyaları üzrə sualların sayı: 10 İbtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas sualları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: İbtidai sinif – Azərbaycan_dili İbtidai sinif – Riyaziyyat Qeyd: Tədris metodikası və təlim strategiyasına aid sualların bütün fənlər üzrə oxşar olduğu və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin davam etdiyi üçün bu suallar hazırda ictimaiyyətlə paylaşılmır.https://rb.gy/pdxsn2
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta