AZ

İtaliya nəhəngi "Napoli"nin kapitanını aparır - MƏBLƏĞ

"Napoli"nin kapitanı və ulduzu Covanni di Lorenso "Yuventus"a keçmək üzrədir. 

Fanat.Az xəbər verir ki, "SportItalia" tərəflərin şəxsi şərtləri razılaşdırdığını iddia edib.

Bundan əlavə, "qoca sinyore"nin idman direktoru Kristiano Gintolinin "Napoli" ilə potensial transfer haqqını müzakirə etməyə hazır olduğu bildirilir. Klub funksioneri "Napoli"yə ilkin məbləğ olaraq 20 milyon avro təklif edəcək. 

30 yaşlı futbolçu 2019-cu ildən “Napoli”də forma geyinir. O, ötən mövsümdə 36 oyunda 1 qol vurub, 6 məhsuldar ötürmə edib.

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
1
fanat.az

2Mənbələr