AZ

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb

Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısının təsdiq edilməsi haqqında” 2011-ci il 26 noyabr tarixli Qərarında dəyişiklik edilərək “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsi həmin siyahıdan çıxarılıb.

Eyni zamanda, “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsinin işçiləri üçün stimullaşdırıcı əlavələrin həddinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Qərarı ləğv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
13
ikisahil.az

10Mənbələr