AZ

“OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024” üçün qeydiyyat başlayıb

“OIC-CERT

Bakı, 11 iyun, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) CERT komandalarının birliyi olan “OIC-CERT” təşkilatı kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədilə “OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı 2024”ü təqdim edir. Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “OIC-CERT” təşkilatının İdarə Heyətinin üzvüdür.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin nümayəndəsi əsas münsiflər heyətində yer alıb. Ötən il seçimləri üzrə 12 layihə arasında ölkəmizdən Dövlət Məşğulluq Agentliyinin “Əmək və Məşğulluq” altsistemi - ƏMAS layihəsi qəbul olunaraq səsverməyə təqdim edilib.

“OIC-CERT Mükafatı” dünyanın hər yerindən, ölkə və ya regiondan asılı olmayaraq, rəqəmsal aləmi təşviq etməklə cəmiyyətin rifahının yüksəldilməsinə töhfə verən bütün innovativ kibertəhlükəsizlik layihələrini əhatə edir.

Mükafat Komitəsi “OIC-CERT Qlobal Kibertəhlükəsizlik Mükafatı”na müraciət üçün çağırış edir. Müraciətlər dövləti, özəl sektoru, beynəlxalq və regional təsisatları, vətəndaş cəmiyyətləri və akademiyaları təmsil edən qurumlar üçün açıqdır. Bu təşəbbüs cəmiyyətin rifahına töhfə verən innovativ kibertəhlükəsizlik layihələrinin işlənib hazırlanması və həyata keçirilməsində ideyaları və uğur hekayələrini bölüşmək üçün dünyanın hər yerindən müraciətlərin təşviq edilməsi üçün hazırlanıb.

Qalib namizəd 1000 dollar məbləğində pul mükafatı alacaq. Bütün namizədlərdən https://www.oic-cert.org/en/globalaward/form ünvanına keçid edib iştirak formasını yükləyərək doldurmaq və daha sonra [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix 2024-cü il avqustun 18-dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
azertag.az

1Mənbələr