AZ

“İlham Əliyevə dedim ki, sən cənnətdə yaşayırsan” - Lukaşenko

"Azərbaycana səfərim zamanı Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərə baş çəkdim. Mən ona Şuşada dedim: "Sən cənnətdə yaşayırsan". Mən planetimizin bir çox yerində olmuşam, heç yerdə belə bir yer görməmişəm. Təmiz hava, gözəl təbiət. Əminəm ki, siz bu ərazilərdə həyatı bərpa etməklə daha bir uğura imza atacaqsınız. Biz bu işlərdə məmnuniyyətlə iştirak edəcəyik, istiqamətləri müəyyən etmişik. Heç bir maneə yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşündə bildirib.

Lukaşenko Azərbaycanla ticarətin balanslaşdırılmasının zəruriliyini bildirib: “Malların dövriyyəsi pis deyil, lakin balanslaşdırılmış deyil. Biz Azərbaycanda daha çox mal almalıyıq”.

Onun sözlərinə görə, bu məsələ öz həllini tapacaq. O xatırladıb ki, bu yaxınlarda Bakı ilə intensiv əməkdaşlığın aparılmalı olduğu istiqamətlər, o cümlədən sənaye və hərbi sənayedə texnologiyaların mübadiləsi müzakirə olunub. “Qapalı mövzular yoxdur. Biz bu istiqamətdə işləməyə hazırıq”, - Lukaşenko bildirib. O, parlamentarilərin bu prosesi qanunvericiliklə təmin edəcəyinə əminliyini ifadə edib.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
teleqraf.com

1Mənbələr