AZ

İki ölkə İrana qarşı hərəkətə keçir - Tehrandan dərhal təpki gəldi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını tənqid edərək, Tehrana qarşı irəli sürülən ittihamları rədd edib.

Teleqraf.com xəbər verir ki, Kənani İran əleyhinə bəyanatı “əsassız və siyasi məqsədlər güdən” adlandırıb.

O vurğulayıb ki, “region və dünyada sabitlik və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsi, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün İranın terrorçu qruplarla mübarizədə rolu” əvəzsizdir.

Bundan əvvəl Fransa və ABŞ prezidentləri Emmanuel Makronla Co Bayden birgə bəyanatda bildiriblər ki, Paris və Vaşinqton İranı regionda sabitliyin pozulmasını dayandırmağa məcbur etmək üçün ona təzyiq etmək niyyətindədir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
teleqraf.com

1Mənbələr