AZ

“Rusiya ərazisinin vurulması Xarkova kömək edib” - Şəhər meri

Ukrayna ordusunun Rusiyadakı raket atış məntəqələrinə və qurğularına raket zərbələri endirməsi Xarkov şəhərinin atəşə tutulmasını azaltmağa kömək edib.

“AzPolitika” xəbər verir ki, bunu Xarkovun meri İqor Terexov “Reuters” agentliyinə açıqlamasında deyib.

Hazırda şəhərə raket və dron zərbələri davam etsə də, Terexov bildirib ki, bu dəyişiklik, yəni, Rusiya ərazisinin Qərb silahları ilə vurulmasına icazə verilməsi Xarkovda “nisbi sakitlik” yaratmağa kömək edib: “Ona görə də, bəlkə də, son bir neçə həftədir ki, Xarkovda belə bir sakitlik dövrü müşahidə olunub. Məsələn, may ayında olduğu kimi, böyük partlayışlar olmayıb”.

Mer bildirib ki, vilayətin aktiv bombardmanlara məruz qalan rayonlarından Xarkov şəhərinə 11,5 minə yaxın insan gəlib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
azpolitika.info

2Mənbələr