AZ

Makron istefa verəcəkmi? - Özü açıqladı

Fransa prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, dövlət başçısı vəzifəsindən istefa verməyəcəyini bildirib. 

Hit.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti yazıb.

Fransa liderindən ifrat sağçı partiyanın parlament seçkilərində qalib gələcəyi təqdirdə onun istefasını tələb etsə, nə baş verəcəyini soruşublar. Makron cavab verib ki, ölkənin konstitusiyasını yazan bu partiya deyil və bu, onun ruhunda deyil.

Prezident seçkilərin nəticələrindən asılı olmayaraq qanunvericilik institutlarının yerinin müəyyən edildiyini vurğulayıb. Makronun sözlərinə görə, onun üçün bu, toxunulmazdır.

Bundan əvvəl “Europe 1” radiostansiyası Fransa liderinin Milli Assambleyaya seçkilərin təyin edilməsi fonunda öz ətrafı ilə istefaya getməsinin mümkünlüyünü müzakirə etdiyini bildirmişdi. Bazar günü Fransada keçirilən Avropa Parlamenti seçkilərində Milli Birlik 31,36% səs toplayaraq Makron tərəfdarlarının koalisiyasını xeyli qabaqlayıb.

Bununla belə, Yelisey sarayı Fransa prezidentinin istefa vermək niyyəti ilə bağlı hər hansı xəbəri qəti şəkildə rədd edib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
hit.az

1Mənbələr