AZ

Rusiya Ukraynada 2 yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Ukraynada biri Xarkov, digəri Luqansk vilayətində yerləşən iki yaşayış məntəqəsini ələ keçirib.

Demokrat.a
z xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu Ukraynada irəliləməyə davam edir:

“Qərb Hərbi Qrupunun əməliyyatları nəticəsində Luqansk Xalq Respublikasının Artyomovka qəsəbəsi və Xarkov vilayətinin Timkovka qəsəbəsi azad edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 1 ədəd "Su-27" və 1 ədəd "Su-25" tipli döyüş təyyarəsi məhv edilib.

Bundan əlavə, 45 pilotsuz uçuş aparatının (PUA) Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub”.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
37
demokrat.az

10Mənbələr