Naxçıvan, 11 iyun, AZƏRTAC
Naxçıvanda yabanı halda bitən narkotik tərkibli bitkilər polisin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, ümumi çəkisi 14 tona yaxın olan 522447 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.