AZ

Borrell: Avropa ərazisinin müdafiəsində NATO-ya alternativ yoxdur

“Avropa ərazisinin müdafiəsində NATO-ya alternativ yoxdur”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell EUISS-in illik konfransında deyib.

"Heç bir alternativ yoxdur. Mən təsəvvür belə edə bilmirəm ki, Avropa təkbaşına hər hansı genişmiqyaslı bir hücuma qarşı özünü müdafiə edə bilər. Təbii ki, Tanrıya şükürlər olsun, başqa biri tərəfindən belə bir hücum gündəlikdə yoxdur”, - Borrell bildirib.

Aİ-nin Ali Nümayəndəsi NATO daxilində "Avropa sütunu" barədə də danışıb: "Mən NATO daxilində "Avropa sütunu" deyərkən 27 ölkənin NATO-ya müxtəlif ordu və qüvvələr verməsini deyil, inteqrasiya olunmuş hərbi potensialını təqdim etməyi nəzərdə tuturam. Bunu NATO-nun tərkibində olan, lakin bütöv, kompleks və təkbaşına işləyə bilən bir qüvvə kimi xarakterizə edərdim”.

Borrell qeyd edib ki, bu, NATO üçün də yaxşı ola bilər: “Siz bəzilərinin dediyi "Biz Avropa modeli NATO yaradırıq" fikrini unudun. Bu real bir yanaşma deyil. Operativ şəkildə 27 ölkənin qüvvələrinin NATO daxilində birgə işləməsi daha çox realdır”.

O əlavə edib ki, ABŞ Avropanın bütün təhlükəsizlik problemlərinin istənilən yerdə və vaxtda həll edə bilməz: “Bu problemlərin bəziləri bizimdir və onun həlli bizim məsuliyyətimizdədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
8
apa.az

9Mənbələr