AZ

Azərbaycan və Misir prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi yaradıb -ŞƏRH

Azərbaycan

Bakı, 11 iyun, AZƏRTAC

Azərbaycan ilə Misir arasında əlaqələr ilkin mərhələdə tarixi və dini-mənəvi bağlar üzərində formalaşıb. Hər iki dövlət İslam mədəniyyətinin yaşadılıb inkişaf etdirilməsinə önəm verir ki, bu da onlar arasında təbii bağların yaranmasını şərtləndirir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik qazandığı ilk illərindən etibarən Misirlə əlaqələrin inkişafına diqqət yetirib. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Misirə səfər edərək rəsmi münasibətlər qurmasının təməlini qoyub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Ekspert bildirib ki, iki ölkə arasındakı mövcud əlaqələr yeni çalarları özündə ehtiva edir. Bu gün Azərbaycanla Misir arasındakı münasibətlər həm tarixi-mənəvi bağlara, həm də siyasi və iqtisadi faydalılığa əsaslanır. Ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatında və digər beynəlxalq platformalarda sıx əməkdaşlıq edir, bir-birinə dəstək verirlər. Belə münasibət İslam həmrəyliyinin qlobal formatda güclənməsinə töhfə verməklə yanaşı, həm də iki ölkənin siyasi maraqlarının beynəlxalq platformalarda təmin edilməsinə şərait yaradır.

“Azərbaycan ilə Misir arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Energetika, kənd təsərrüfatı, əczaçılıq, sənayenin müxtəlif sektorları, nəqliyyat və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi hər iki dövlətin marağındadır. Əhalisi 100 milyondan artıq olan Misir böyük bazar, həmçinin strateji coğrafiyada yerləşən ölkə kimi cəlbedicidir. O, Afrika, Yaxın Şərq və digər regionlara əlverişli çıxış imkanlarına malikdir. Azərbaycan və Misir prezidentlərinin qarşılıqlı səfərləri isə ikitərəfli əlaqələrin inkişafında dönüş nöqtəsi yaradaraq münasibətləri yeni mərhələyə yüksəldib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
azertag.az

1Mənbələr