AZ

“Turan Tovuz”un baş məşqçisi sabah açıqlana bilər! - RƏSMİ AÇIQLAMA

Misli premyer-liqasında ötən mövsümü 48 xalla 6-cı pillədə tamamlayan “Turan Tovuz”la bağlı müəmma davam edir.

Daha dəqiq desək, baş məşqçi Ayxan Abbasovla yolların ayrılmasından sonra həm bu post üçün axtarışlar, həm də komanda ilə bağlı hansı dəyişikliklərin nəzərdə tutulması haqda yenilik yoxdu. Düzdü, “bozqurd” bir neçə futbolçuyla müqavilənin müddətini artırıb. Lakin nə yeni transfer edilib, nə də kimləsə yollar ayrılıb. Ayxan Abbasovu kimin əvəzləyəcəyi də bəlli deyil.

Qeyd olunan məsələlər ətrafında hadisələrin hansı yöndə cərəyan etdiyini öyrənmək məqsədilə “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibovla əlaqə saxladıq. O, komandada nəzərdə tutulan islahalatlar və yeni baş məşqçinin kimliyinə nə vaxt aydınlıq gələcəyi haqda sualı belə cavabladı:
“İki gün ərzində yekun qərar veriləcək və yeni baş məşqçinin kimliyi bəlli olacaq. Bu barədə onu deyə bilərəm ki, mütəxəssisin əcnəbi olması ehtimalı böyükdü. Bundan sonra kollektivin formalaşdırılmasıyla bağlı prosesə start veriləcək. Hələ ki deyiləcək başqa söz yoxdu”.


KƏNAN BAHADIR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
football-plus.az

1Mənbələr