AZ

Ronaldo: "Avro-2024-ü qazanacağımıza inanırıq"

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qarşıdan gələn Avro-2024 haqqında danışıb.

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu bu turnirin qalibi olacaqlarına inandıqlarını deyib: 

“Mən inanıram ki, bu komanda portuqaliyalı azarkeşlərə böyük sevinc bəxş edəcək. Ümid edirəm ki, bu komanda qalib gələcək. Çünki bizim inanılmaz dərəcədə istedadlı futbolçularımız var.

Bildiyimiz kimi, qalib olmaq üçün təkcə istedad kifayət deyil. Belə böyük turnirdə qalib gəlmək üçün çox şey lazımdır. Bizdə isə lazım olan hər şey var. Addım-addım, oyundan-oyuna məqsədimizə doğru irəliləyəcəyik. 2016-cı ildə qazanılan qələbə həm Portuqaliya, həm də dünya futbolu üçün tarixi idi. Biz Avro-2024-ü qazana biləcəyimizə inanırıq". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
teleqraf.com

1Mənbələr