AZ

Ursula Fon der Lyayen: Brüssel Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Kiyevlə danışıqlara başlamalıdır

Ursula

Kiyev, 11 iyun, AZƏRTAC

Ukrayna Avropa Komissiyasının ölkənin Avropa İttifaqına (Aİ) daxil olması prosesi üçün müəyyən etdiyi bütün islahatları və dəyişiklikləri həyata keçirib. Buna görə Brüssel bu ilin iyun ayının sonuna qədər Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı Kiyevlə danışıqlara başlamalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Berlində Ukraynanın bərpası üzrə konfrans zamanı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib.

O qeyd edib ki, Ukrayna Rusiyanın işğal siyasəti şəraitində qanunun aliliyinin möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə də daxil olmaqla zəruri islahatlar və demokratik dəyişikliklər həyata keçirir. Bu çərçivədə Avropa Komissiyasının Prezidenti Ukraynanın nailiyyətlərini təsirli adlandırıb, davamlı və etibarlı tərəfdaş olaraq qaldığı üçün Kiyevə təşəkkür edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
azertag.az

1Mənbələr