AZ

BŞİH-də işə düzəlmək istəyən vəzifəli şəxsi belə aldatdılar

Kürdəmir rayonunda vəzifəli şəxsə qarşı dələduzluq etmiş Tovuz rayon sakini, 1968-ci il təvəllüdlü Ədalət Qədirova cinayət işi açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Kürdəmir şəhər Poçt Filialının 1 saylı poçt şöbəsinin rəisi M.Məmmədov polisə müraciət edərək Ədalətin onu aldadaraq 3400 manat aldığını bildirib.

O qeyd edib ki, Ədalət onu Bakı şəhər İcra Hakimiyyətində vəzifəyə təyin etdirəcəyinə söz verib və bu iş üçün 7 min manat istəyib. İlkin mərhələdə Ədalət 3400 manat alıb. Lakin heç bir yenilik baş verməyib. Aldadıldığını anlayan poçt rəisi pulunu geri tələb etsə də Ədalət aldığı pulları geri qaytarmayıb.

Bundan sonra polisə şikayət edilib və Ədalət Qədirov barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
publika.az

1Mənbələr